Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Birinci Varlı kəndində qeydə alınıb.
"VAZ 2107 markalı avtomobilin at arabası ilə toqquşması nəticəsində kənd sakinləri, 1993-cü il təvəllüdlü Göyçəyev Semra Elşən oğlu və 1990-ci il təvəllüdlü Nuriyev Dərbənd Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. S.Göyçəyev Şirvan şəhər xəstəxanası, D.Nuriyev isə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.