Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, Zabrat qəsəbəsi, Şəhər şosesində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Əliyev Səxavət Fərhad oğlunun idarə etdiyi "QAZ 31" markalı avtomobil bir kişini vurub.

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 3 saylı Xəstəxanaya çatdırıb. Şəxsiyyəti hələ ki məlum olmayan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.