Sumqayıtdan Lənkərana gedən "QAZel" markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəsarət alanlar 1972-ci il təvəllüdlü Məhərrəmova Xumar Həbib qızı, 1963-cü il təvəllüdlü Hüseynova Nazilə Fərhad qızı və 1965-ci il təvəllüdlü Dövlətova Zərifə Fərhad qızıdır. Onların hər üçü Masallı rayonunun Ambu kənd sakinləridir. Qəza zamanı daha bir nəfər xəsarət alıb. O, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar Sumqayıt şəhərində keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.