Gəncədə quldurluq hadisəsi baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Vəliyev tutulub.
Araşdırma aparılır.