Bakıda maskalı şəxslər evə basqın edib. 

Unikal.org-un "Reporta istinadən xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində iş adamı İradə Əliyevanın evində qeydə alınıb.
Hadisə zamanı mənzildə ev sahibinin qulluqçusu olub. Evə daxil olan şəxslər qulluqçunun əl-qolunu bağlayaraq mənzildən 75 min manat, 11 min ABŞ dolları, 900 avro, 900 funt-sterlinq, 200 min manatlıq qızıl və "Vinçester markalı ov tüfəngini aparıblar.
Polisin araşdırmaları nəticəsində cinayətin Gürcüstan vətəndaşlarından ibarət 5 nəfərlik dəstə üzvləri tərəfindən törədildiyi məlum olub. Həmin şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, iş adamı kimi tanınan İ.Əliyeva bir neçə avtobus marşrut xəttinin sahibidir.