Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan "Rəşad Gəncinski ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib.
Unikal.org lent.az-a istinadən verdiyi məlumatına görə, o, bir sıra cinayətlərdə ittiham olunur.
Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları "Rəşad Gəncinski barəsində axtarış elan edib.
Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.