Yevlax rayonunda su kanalında batmış şəxsin meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, ötən gün Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batmış şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.