"Ürəyimdə çox ciddi problem var idi. Son vaxtlar o həddə çatmışdım ki, gecələr yata bilmirdim".
Unikal.org axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər deyib.
O, səhhətində yaranan problemdən bəhs edib:
"Boğulurdum, ölürdüm. Əllərim göyərirdi, barmaqlarıma qan getmirdi. Türkiyədən tutmuş Rusiyaya qədər bütün həkimləri gəzdim, çarəsini tapa bilmədilər. Gəldim Bakıda bir həkim müalicə etdi. İndi özümü yaxşı hiss edirəm".