Masallı sakini yüksəklikdən yıxılaraq ağır xəsarət alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun təzə Alvadı kənd sakini Astan İbişov dəmir pilləkənlərdən yıxılıb. Yüksəklikdən yıxılan A.İbişovun bir ayağının topuq hissəsinin sındığı, digərinin isə əzildiyi deyilir. Xəsarərt alan şəxs əməliyyat olunmaq üçün paytaxt xəstəxanalarından birinə aparılıb.
Qeyd edək ki, A.İbişov Masallı Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb, hazırda Masallı şəhər 3 saylı məktəbin direktorudur.