Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən "5+" supermarketlər şəbəkəsinin 20 yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib.
Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: "Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub".
Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.
Faktla bağlı araşdırma aparılır.