Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Şəfayət Mehdiyev küçəsində, Lider TV-nin yaxınlığında qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik maşını ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.