Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ baş verib.
Unikal.org-un Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, 4.1 maqnitudalı zəlzələ 17 km dərinlikdə qeydə alınıb.
Yerli vaxtla saat 21:43-də baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
xxx
Azərbaycanda zəlzələ olub.
Unikal.org-un verdiyi məlumata görə, zəlzələ bu gün saat 21.45 radələrində baş verib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarının ərazisində hiss olunub.(apa.az)