Göygöldə 24 yaşlı qız özünü yandırıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.