Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 51-ci kilometrliyində "BMW" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.