Şəmkirdə 37 yaşlı qadın döyülüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Cəfərova Mətanət ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qadını döyən şəxs saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.