Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, qadın güləşi üzrə 38 kq çəki dərəcəsində yer alan Şahanə Nəzərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, ilk görüşdə yaponiyalı Karin Uematsunu 84 saniyəyə, yarımfinalda rusiyalı Luçana Bekbaulovanı 65 saniyəyə yenib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medal əldə edib.