Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Unikal.org-un xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel markalı avtomobilə çırpılıb.
F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur.