Azərbaycan çempionu "Qarabağın İngiltərənin "Çelsi klubuna qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.
Unikal.org xəbər verir ki, Londonda bilet əldə etmək istəyən "Qarabağ azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək.
Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək.
Biletlərin qiymətlərinə gəlincə, "first class 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdir. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək "Çelsi - "Qarabağ oyunu saat 22:45-də başlayacaq.