Gəncədə iki döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Nəsibova Qəmər Əhməd qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən döyüldüyü bildirilir.

Digər Gəncə sakini, 1994-cü il təvəllüdlü Ələsgərov Elmir Ənvər oğlu isə tanımadığı şəxs tərəfindən döyülüb. Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.