"Coca-Cola şirkəti bu gün yüzlərlə insana "WhatsApp mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, şirkətdən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya "Coca-Cola"nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını "Coca-Cola içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: ""Coca-Cola məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir.
Qeyd edək ki, yüzlərlə "WhatsApp istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən "Coca-Colalara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan "Coca-Cola işçilərini təcili şəkildə yığışdırır.