Dünya idmanını bürüyən dopinq qalmaqalları daha bir növə sirayət edib.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, dopinq təhlükəsi olan ənənəvi növlərə həndbol da qoşulub.
İlişən isə yenə Rusiya təmsilçiləri olub. Bu ölkənin gənc qızlardan ibarət yığmasının üç üzvünün dopinq testi müsbət nəticələnib.
Avropa çempionatı zamanı götürülən analizlərin belə nəticələnməsini qitə həndbol federasiyası açıqlayıb. Lakin qurum həndbolçuların adlarını araşdırma sona çatanadək gizli saxlamağa qərar verib.