Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə dünya kubokunda kuryoz hadisə yaşanıb.
Unikal.org-un məlumatına görə, yarışın 1/16 final mərhələsində çıxış edən Anton Kovalyova məğlubiyyət verilib.
Kanada yığmasında çıxış edən ukraynalının cəzalanmasına yarışa şortla gəlməsi səbəb olub. Belə ki, Kovalyov israilli Maksim Rodşteynlə görüşə belə geyimdə gəlib. Təşkilatçılar onun geyiminə irad bildirib və 15 dəqiqəyə şortu şalvarla əvəzləməyi tapşırıb.
Şahmatçı geyimini dəyişməyə getsə də, 15 dəqiqəyə qayıtmayıb. Nəticədə kanadalıya məğlubiyyət verilib.