Bu gün axşam saatlarında Bakıda güclü yanğın baş verib.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda Mir Cəlal 59 K küçəsində hündürmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, binanın birinci mərtəbəsində fəaliyyət  göstərən marketin girişində olan tullantı anbarı alışıb. 

Yanğın saat 22:50-də başlayıb və yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.