Ağstafada piyadanı avtomobil vurub. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Mərkəzi xəstəxananın qarşısından yolu keçmək istəyən 1944-cü il təvəllüdlü Cəlilov Elxanı "VAZ" markalı avtomobil vurub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.