Ağcabədidə iki mərtəbəli klub binası yanır.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Hüslü kəndində baş verib.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayon yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın hazırda davam edir.