Bakıda dələduzluq hadisəsi baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinə müraciət edən Məmmədova Samirə Ənvər qızı bildirib ki, Ayaz adlı şəxs onun etibarında sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirib. Şikayətçinin sözlərinə görə, həmin şəxsə 2015-ci ilin aprel ayında 14 min dollar verib və geridə qalan müddətdə pulu ala bilməyib.

Müraciət əsasında araşdırma aparılır.