Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində "Mercedes markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.