Ukrayna sərhədçiləri Rusiya ilə sərhəddəki "Baçevsk" buraxılış məntəqəsində Azərbaycan vətəndaşını saxlayıb.

Unikal.org report-a istinadən verdiyi məlumata görə, onun ad və soyadı açıqlanmasa da, ancaq Ukrayna Milli Polisi tərəfindən axtarışda olduğu və qətl törətməkdə şübhəli bilindiyi bildirilir.

Xəbərdə qeyd olunub ki, Azərbaycan vətəndaşı Rusiya qeydiyyatında olan "Estina Vortex" markalı avtomobillə sərhədə gəlib.

O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) və 263-cü (silah, döyüş sursatı və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət törətməkdə şübhəli bilinir.

Azərbaycan vətəndaşı prosessual hərəkətlərin aparılmasından sonra aidiyyəti orqanlara təhvil verilib.