Lənkəranda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "VAZ 2106 və "Mercedes markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.