Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.

Zərərçəkmiş ilkin istintaq zamanı bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.