Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Təqsirləndirilən F.Məmmədzadənin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində psixatrik ekpertizanın keçirilməsini istəyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin xəstə oldğunu bildirib.
Vəsatət təmin edilməyib.
Prosesdə vəkillər bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxslər istintaq dövründə işgəncələrə məruz qalıb və daha sonra onların ifadəsi videogörüntü vasitəsi ilə çəkilib. Onlar videogörüntünün məhkəmədə baxılmasını tələb ediblər.
Hakim isə söyləyib ki, cinayət işi məhkəməyə göndəriləndə protokolda bu barədə qeydlər göstərilməyib.
Təqsirləndirilən C.Alxasov bildirib ki, istintaq dövründə istintaq orqanı əməkdaşları onların videogörüntülərini çəkib: "Bu, televiziyalarda da göstəriıib. Hətta həmin video hazırda "youtube"da da var. Tələb edirik ki, həmin görüntü məhkəmədə göstərilsin".
Daha sonra məhkəmə istintaqının başa çatdğını elan olunub.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentaybrın 28-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri F.Məmmədzadə, E.Alxazov, A.Hümmətov, R.Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində Suraxanı Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.