Sentyabrın 15-i -Bilik Günündə metroda məktəblilərlə görüş olacaq.

Bu barədə unikal.org-a "Bakı MetropoliteniQSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, həmin gün keçiriləcək görüşdə məktəblilərə hədiyyələr təqdim ediləcək:

"Bakı Metropoliteni balacaları bu il də unutmayıb. 15 sentyabrda, Bilik Günündə məktəblilərimizlə yenə görüşüb hədiyyələrimizi verəcəyik. İlk görüşümüz "28 May"" stansiyasında saat 11:00-də olacaq.