Sentyabrın 11-də Tbilisidə öldürülən azərbaycanlı 1975-ci il təvəllüdlü Elçin Məmmədov yox, kriminal avtoritet Elşən Əmircanski imiş. Bu barədə bir sıra KİV məlumat yayıb. Elşən Əmircanskinin öldürülməsi ilə hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən "qanuni oğru, kriminal dünyasında Lotu Quli kimi tanınan Nadir Səlifov öz sağ qolunu itirib. Əmircanski Səlifovun etibarlı adamlarından olub.
Unikal.org xəbər verir ki, bu barədə "Sputnik Azərbaycana Gürcüstanın Azərbaycan diasporundakı etibarlı mənbə məlumat verib.
Əmircanskinin hazırkı soyadı hələlik məlum deyil. Ehtimal var ki, Əmircanski cinayətin törədildiyi yerdə tapılan pasportda öz adını Elçin Məmmədov kimi yazdırıb.
Qeyd edək ki, qətl hadisəsi axşam saat 10.00 radələrində, Əmircanski Mirzə Fətəli Axundov muzeyinin yaxınlığındakı "Peris saxlirestoranından (bu restoranlar şəbəkəsi Gürcüstanda məşhurdur və onun əvvəlki adı "Çörək evi" olub-m.) çıxıb özünün yeni Toyota Land Cruiser 200 markalı avtomobilinə oturarkən törədilib.
Bu hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) və 236 (qanunsuz yolla odlu silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb.
Eyni zamanda məlumdur ki, Əmircanski Azərbaycan vətəndaşıdır. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində o, 28 may metrostansiyasının yaxınlığındakı "Skorpion("Əqrəb) gecə klubunun sahibi olub. Əmircanskinin dayısı hazırda Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilib. KİV-in, eləcə də APA-nın məlumatlarına görə, "Elçin Məmmədov" adı əvvəllər 18 avqust 2016-cı ildə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlində hallanıb.
Tbilisidə baş verən sonuncu qətl hadisəsini kriminal dairələrə yaxın mənbələr həmçinin Sankt-Peterburqda fiziki cəhətdən məhv edilmiş 42 yaşlı Cabir Həsənovla əlaqələndirirlər. O, bu ilin 28 aprelində Lenin prospektində yerləşən â„–148-li evdə qətlə yetirilib. C.Həsənov də Nadir Səlifovun etibarlı adamlarından olub. İlkin məlumatlara görə, Həsənov da Lənkəranskinin qətlində iştirak edib. Bu isə onu deməyə əsas verir ki, Canıyevin tərəfdarları öz əleyhdarlarını sifətdən tanıyırlar və onların aradan qaldırılması üçün "ov mövsümü"nü açıq elan ediblər.
Bunlara paralel olaraq Nadir Səlifovun klanından olanlar Rafiq Masallinski adı ilə məşhur olan "qanuni oğru Rafiq Eyvazovu güllələyiblər. Səlifovun adamları Eyvazovla çox qəddarcasına davranıblar və ictimaiyyətə bildiriblər ki, bundan sonra günahkarları tapıb intiqamlarını alacaqlar.