Ötən dövr ərzində Azərbaycanda içki istehsalına qoyulan investisiyanın həcmi azalıb. 

Unikal.org bildirir ki, 2016-cı ildə ölkədə içki istehsalına 4.1 milyon manat investisiya qoyulub. 2015-ci ildə isə bu rəqəm 23.7 milyon manat olub. Bu isə həmin sahəyə qoyulan investisiyanın təxminən 6 dəfə azalması deməkdir. 

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb. 

H.Babayev