Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı "qanuni oğrusu "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.
O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı "qanuni oğru oldu.
Hazırda dünyanın müxtəlif həbsxanlarında saxlanılan azərbaycanlı "qanuni oğrulardan Rüfıt Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.
Azərbaycandakə cəzaçəkmə müəssisələrində saxlanılan məşhur "qanuni oğrulardan isə Lotu Quli kimi tanınan Nadir Səlifovun adı məlumdur.
"Lotu Quli 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova "qanuni oğru adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Lotu Quli Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın "oğru tacını əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin "oğru adını aldığı "sxodkalarda Skaype vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.
Maraqlıdır, Azərbaycandakı cəzaçəkmə müəssisələrində Lotu Qulidən də savayı "qanuni oğrular varmı?
Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, məhkum məhkumdur, onun hansı aləmdə məşhur olması ədliiyə qurumu üçün əsas deyil:
"Azərbaycanda olan bütün məhkumlara eyni münasibət sərgilənir. Bu və ya digər məhkum kriminal aləmdə müəyyən nüfuza malikdirsə, onlarla bağlı lazımi işlər aparılır. Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında kimliyindən asılı olmayaraq bütün məhkumların cəzalarının icrası və çəkilməsi şərtlərinə tam riayət olunur. Kimin hansı aləmdə, hansı nüfuzu qazanmağından asılı olmayaraq, hər bir məhkum bizim üçün eynidir və qanun qarşısında bərabərdir.
M.Sadıqov bildirib ki, hansısa məhkumun "qanuni oğru statusu alması ona əlavə güzəştlər vermir.