Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Bu barədə Unikal.org-a millət vəkili Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə parlamentin payiz sessiyası üçün iş planı təsdiqlənəcək: "Həmçinbin Rəqabət Məcəlləsi ilə bağlı da məsələyə toxunacağıq. Nəyə görə bu məcəlləni qəbul etmirik? Buna maneə olanlar kimlərdir? Niyə bu məsələ öz həllini tapmır? və.s. suallara aydınlıq gətiriləcək".
Amid Əyyuboğlu