Rusiyada ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alınıb.

Unikal.org-un İqtisadiyyat Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 11-də "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.