Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyəİsmayıl Mirzəliyev təyin olunub. O, əvvəllər Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib. İ.Mirzəliyev eyni zamanda, Mərkəzi Neftçilər Xəstəxanası baş direktorunun birinci müavini vəzifəsini həyata keçirəcək.
Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasına baş həkimi vəzifəsinin icrası müvəqqəti olaraq Əlyar Sərvərova tapşırılıb.