Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 34,281 ölüm halı qeydə alınıb.
Unikal.org-un məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
Yeni doğulanların sayına gəldikdə isə, bu ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82 min 380 doğulan körpə qeydə alınıb.
Qeyd edək ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib.
Əhalinin sayına gəldikdə isə, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 48,879 nəfər və ya 0,5 faiz artaraq 2017-ci il avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb.