İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edən şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə onun düz bağırsağında 4 ədəd bükümdə ümumi xalis çəkisi 2,67 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.