Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.

Unikal.org xəbər verir ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionundakı oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 - 6, VİP yerlər üçün isə 50 manatdır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" - "Roma və Azərbaycan - Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və "Qarabağ futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, "Qarabağın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən "Qarabağ - "Roma oyununun biletini kassalara təqdim etməlidir.