Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edilib.

Unikal.org xəbər verir ki, bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının kiçmiş baş həkimi İsmayıl Mirzəliyev bu vəzifəyə təyin edilib.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini Həbib Yüzbaşov iyunda öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu.