Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 74,8% azalaraq 30 ədəd təşkil edib.
Unikal.org bildirir ki, son 1 ildə yük avtomobillərinin istehsalında azalma 98,9% olub.
Hesabat dövründə Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb.İllik müqayisədə isə artım 9,7% olub.
Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb.