Azərbaycandan İndoneziyaya turist kimi səfər etmək istəyən şəxs dələduzluqla üzləşib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən İlkin Yusifov adlı paytaxt sakini bildirib ki, bir müddət əvvəl İran vətəndaşı olan Mohsin Raşidi və Alireza Şahmaradiyə ona İndoneziyaya səfər etmək üçün turpaket almaları üçün min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyərək İ.Yusifovu aldadıblar.
Araşdırma aparılır.