Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu, Nigar Əyyub qızı Alimovadır.

Baş vergi xidməti müşaviri olan N.Alimova bundan öncə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub. O, yeni vəzifəsində Ağasəməd Veyis oğlu Əfəndiyevi əvəz edib.

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.