Bakı Olimpiya Stadionu "Qarabağ - "Roma görüşünün keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə Modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.

C.Mehdiyevanın sözlərinə görə, stadion ilk dəfə olaraq hibrid ot örtüyü ilə təchiz olunub:

"UEFA nümayəndələri stadionda olub və oyunun keçirilməsi üçün tam hazır olması ilə bağlı qərar verib. Azərbaycanda ilk dəfə olaraq bizim stadion hibrid ot örtüyü ilə təchiz edilib.

Stadion rəsmisi bu günə qədər 40 min bilet satışı həyata keçirildiyini açıqlayıb:

"Oyuna bir həftədən çox qaldığını nəzərə alsaq, əminəm ki, bütün biletlər tam satılacaq. Ümumilikdə stadion 68 700 tamaşaçı tutur. Səbirsizliklə "Qarabağ klubunun çıxışını gözləyirik. İnanırıq ki, yerli stadionda oynamaq onlara uğur gətirəcək.

C.Mehdiyeva qeyd edib ki, matçı stadionda izləyəcək hər bir tamaşaçının, eləcə də futbolçuların təhlükəsizliyi tam təmin ediləcək:

"Hazırda müvafiq dövlət strukturları ilə danışıqlar gedir. Necə ki, milli komandamızın oyunları, eyni şəkildə də bu matçda təhlükəsizlik məsələləri yüksək səviyyədə yerinə yetiriləcək.
Qeyd edək ki, "Qarabağ - "Roma matçı sentyabrın 27-si, saat 20:00-da başlayacaq.

Biletlərin qiymətləri:

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN;
Kateqoriya 2 - 10 AZN;
Kateqoriya 3 - 5 AZN;
Kateqoriya 4 - 2 AZN.

Satış məntəqələri:

Asan Xidmət Mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;
28 Mall;
Gənclik Mall;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı);
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı);
Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası).