"Alov qüllələri kompleksində taktiki təlim keçiriləcək.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində "Alov qüllələri kompleksində "İnsanların təxliyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili mövzusunda xüsusi taktiki təlim keçirəcək.
Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunacaq.