Bakıda bir neçə gün öncə rəsm əsəri oğurlayan şəxs saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, sentyabrın 13-də Səbail rayonunun İçəri Şəhər Kiçik Qala küçəsində yerləşən şirkətlərin birindən 1000 manat dəyərində rəsm əsəri oğurlanıb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tərlan Əsgərov saxlanılıb.