Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.