Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti bu gün "Alov qüllələri kompleksində "İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili mövzusunda xüsusi taktiki təlim keçirib.
Unikal.org-un məlumatına görə, təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunub.